Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
27.08.2020 12:12

Rusiyada son sutka ərzində daha 4 711 nəfərdə COVID-19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 975 min 576-ya çatıb.


Aztibb.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 166 min 211 nəfər təşkil edir.

 

Ötən gün ərzində xəstəlik səbəbindən daha 121 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 16 min 804-ə çatıb. Ümumilikdə 792 min 561 pasiyent isə sağalaraq evinə buraxılıb.

 

Gürcüstanda son sutka ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

 

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

 

Bildirilir ki, ölkədə yoluxanların sayı 1 447-yə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir. Ümumilikdə 1 190 pasiyentin isə müalicə olunaraq sağaldığı bildirilib.

 

Ermənistanda sutka ərzində daha 203 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 43 270-ə çatıb.


Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 864-ə çatıb. Ümumilikdə 36 988  pasiyent müalicə olunaraq sağalıb, 5 153  xəstənin müalicəsi davam etdirilir.


Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır