Göyçay Xəstəxanası COVID-19-a yoluxmuş şəxsin xəstəxanadan çıxarılmasına aydınlıq gətirdi
25.08.2021 17:52

Göyçay rayon Mərkəzi Xəstəxanası sosial şəbəkələrdə xəstəxanadan yeni əməliyyat olunan xəstənin məcburi çıxarılması ilə bağlı yayılan iddialara cavab verib.

 

Aztibb.az xəbər verir ki, xəstəxananın direktor müavini Ləman Hacıyeva Trend-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

 

"Avqustun 18-də Göyçay rayon Qaraməryəm kənd sakini, 1967-ci il təvəllüdlü Mehdiyev Elxan Qəbil oğlu "mədə xorasının deşilməsi" diaqnozu ilə xəstəxanaya qəbul edilib və təcili olduğu üçün dərhal əməliyyata götürülüb. Xəstəxanaya qəbul olunarkən xəstədən "COVİD-19" virusu ilə bağlı analiz götürülüb və labaratoriyaya göndərilib.

 

Avqustun 23-də xəstənin analizlərinin cavabı pozitiv çıxdığı üçün o Gəncə modul tipli pandemiya xəstəxanasına yazılıb. Xəstənin Gəncə modul tipli Xəstəxanaya köçürülməsi üçün tibbi heyət və təcili yardım avtomobili ayırsaq da, xəstənin oğlu Qəbilzadə Qərib Elxan oğlu buna etiraz edərək atasını ev şəraitində müalicə edəcəyini bildirdi. Qərib Qəbilzadə bununla bağlı rəsmi imtina ərizəsi yazaraq xəstəni evlərinə apardı. Biz xəstənin oğlu və yaxınlarına izah etdik ki, əməliyyatdan çıxan xəstənin hazırki vəziyyətinə görə stasionar müalicə almaslı məqsədəuyğundur. Onlar isə buna məhəl qoymadı və avqustun 23-də səhər saatlarında xəstəni evlərinə apardılar. Hadisədən bir-neçə saat sonra yaxınları xəstəni xəstəxanaya gətirdilər və məcburi halda xəstəni Göyçay Mərkəzi Xəstəxanasına yerləşdirməyimizi tələb etdilər. Biz isə xəstədə COVİD-19 virusu aşkarlandığı üçün onu qəbul edə bilmədik. Yenidən onlara izah olundu ki, bu xəstə Gəncə modul tipli xəstəxanaya yerləşdirilməlidir. Xəstənin yaxınları isə hay-küy salaraq xəstəni bu xəstəxanaya yerləşdirəcəklərini dedilər".

 

L. Hacıyeva bildirib ki, xəstə bu səbəbdən xəstəxanaya qəbul edilməyib və yenidən Gəncə modul tipli xəstəxanaya yazılıb: "Bizim xəstəxanada müxtəlif xəstəliklərdən stasionar müalicədə olan xəstələr var. Onların təhlükəsizliyi üçün COVİD - 19 xəstələrini qəbul etməyə ixtiyarımız yoxdur. Ölkədə COVİD xəstələri üçün kifayət qədər xəstəxanalar ayrılıb və xəstəliyə uyğun müalicə prosedurları aparılır. Ona görə də bu tip xəstələri bizim qəbul etməyimiz qadağandır. Xəstənin yaxınları isə bunu dərk etmir, öz rahatklıqları üçün xəstəxanadakı digər xəstələrin həyatını təhlükəyə atmağa cəhd ediblər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib