Baş pediatr: "Valideynlər gecikdirilmiş peyvəndləri vurdursunlar"
25.08.2021 19:04

Baş pediatr Erkin Rəhimov uşaqlarda son zaman tez-tez rast gəlinən kəskin bağırsaq infeksiyalarından danışıb. 

 

E. Rəhimov qeyd edib ki, rotavirus adlanan virus hər yay daha sıx yayılır: “Sadəcə insanda infeksiya törədir. Yoluxmuş olan insan nəcisi ilə bu virusu buraxır. Bu, hər yerdə ola bilər. Çirkli su, əl təmizliyi və.s. İnsandan insana keçə bilər. Uşaqlıq dövründə biz virusu keçirtdiyimiz üçün böyüklərdə nadirən infeksiya törədir. Qızdırma, qarıngetmə, qusmayla özünü büruzə verir. 

 

Bu virusa böyüklərdə nadir halda rast gəlinir. Şəxsi gigiyenaya çox diqqət etmək lazımdır. Qusma çox varsa, damar yolu ilə mayeni təmin etmək lazımdır”. 

 

E.Rəhimov əlavə edib ki, koronavirus uşaqlarda nadirən çox ağır fəsadlar törədir: “Ancaq valideynlər poliklinikalara getsinlər və rutin olan gecikdirilmiş bir peyvənd varsa, onu vurdursunlar. Uşaqlarınızın sağlamlığı sizin əlinizdədir. Bizdə normal yəni rutin olan peyvəndlərin vurulduğu poliklinikalar var. Orada giriş fərqli, tam sterildir. Uşaqlar tək-tək gəlsinlər və yoluxmasınlar. Ona görə mütləq peyvəndləri vurduraq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib