ÜST: Hipertoniyadan əziyyət çəkən 1,28 milyard insanın yarısından çoxu müalicə olunmur
25.08.2021 13:42

Hipertenziyadan əziyyət çəkən insanların sayı son 30 ildə təxminən iki dəfə artaraq 650 milyondan 1,28 milyarda çatıb. Üstəlik, yüksək təzyiqdən əziyyət çəkən 580 milyon insanın bu sindromdan xəbəri olmayıb, 720 milyon insan isə müalicə olunmayıb.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və London İmperial Kollecinin birgə araşdırması “Lantset” tibb jurnalında dərc edilib. Ekspertlər 1990-cı ildən 2019-cu ilə qədər dünyanın 184 ölkəsindən 30-79 yaş arası insanlarda qan təzyiqi ilə bağlı məlumatları toplayıb təhlil ediblər. Bu araşdırma bu günə qədər bu sahədə aparılan ən böyük araşdırmadır.

 

Mütəxəssislərdə olan məlumatlara görə, yüksək təzyiqdən əziyyət çəkən ən az insan zəngin ölkələrdə, ən çox isə orta və aşağı gəlirli ölkələrdə yaşayır. Hipertoniya üzrə ən aşağı göstəricilər İsveçrə, Peru və Kanadada, qadınlar arasında ən yüksək göstəricilər Dominikan Respublikası, Paraqvay və Yamaykada, kişilər arasında isə Macarıstan, Paraqvay və Polşadadır.

 

ÜST ekspertləri yüksək arterial təzyiqin ürək-damar xəstəlikləri, eləcə də beyin və böyrək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırdığını və planetdə əsas ölüm səbəblərindən biri olduğunu vurğulayırlar.

 

Mütəxəssislər, hipertenziya diaqnozunun bu zaman çox asan təyin olunmasını vurğulayırlar: qan təzyiqini mütəmadi olaraq ölçmək kifayətdir, bunu hətta ev şəraitində də etmək olar. Onun müalicəsi də asandır, yüksək təzyiqə qarşı kömək edən bir çox dərmanlar aşağı qiymətləri ilə fərqlənir.

 

Eyni zamanda, ÜST qeyd edir ki, yüksək təzyiqi olan yalnız hər 4-cü qadın və hər 5-ci kişi vəziyyəti nəzarət altında saxlamağa imkan verən təsirli dərmanlar qəbul edir.

 

"Bahalı olmayan dərmanların köməyi ilə diaqnozunun müəyyən edilməsi və müalicəsi asan olan hipertoniyanı müalicə etməyə başladığımızdan təxminən yarım əsr sonra belə, bir çox yüksək qan təzyiqi olan insanlar hələ də müalicə olunmur və bu ictimai səhiyyə sisteminin çökməsidir", - deyə araşdırma müəlliflərindən biri, London İmperial Kollecinin professoru Məcid Ezzati bildirib.

 

Dünyada hipertenziyanın müalicəsinin ən yüksək göstəricilərindən biri Qazaxıstandadır. Orada yüksək təzyiqdən əziyyət çəkən qadınların 74 faizi və kişilərin 66 faizi lazım olan dərmanları alır. İlk üçlükdə Kanada, İslandiya və Cənubi Koreya qərarlaşıb. Hipertoniyanın müalicəsi ilə əlaqədar ən pis vəziyyət Saharadan cənubda Afrikada, Cənub-Şərqi Asiyanın bir sıra ölkəsində və Sakit Okean ada dövlətlərindədir.

 

ÜST hipertenziyanın qarşısının alınmasına imkan verən bir sıra tövsiyələr də təqdim edib. Onların arasında - duz, spirtli içkilər və trans yağların istifadəsinin azaldılması, siqaretdən imtina edilməsi. Ekspertlər, həmçinin aktiv həyat tərzinin zəruri olduğunu da vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır