Əlilliyi olan şəxslərə 10 mühərrikli təkərli oturacaq verilib
25.08.2021 11:04

Ölkədə həssas əhali qrupları ilə bağlı sosial dəstək işlərində özəl sektor da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verir. Sahibkarların bu istiqamətdə fəaliyyəti imtiyazlı şəxslərin mənzillə təminatı sahəsində olduğu kimi, sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında da özünü göstərir.

 

Nazirlikdən bildirilib ki, son illərdə “Azərmaş” ASC və “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib. Həmçinin “Paşa Holdinq” II Dünya müharibəsində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edib.

 

Bununla bərabər, “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə dəstək tədbirlərinin davamı kimi, 10 ədəd mühərrikli təkərli oturacaq alınaraq bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Qeyd olunanlar özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin uğurlu nümunələrindən biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib