ÜST rəhbəri dünyada COVID-19 peyvəndlərinin olduqca ədalətsiz paylanıldığını deyib
25.08.2021 11:01

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirus peyvəndlərinin paylanmasını “dəhşətli dərəcədə ədalətsiz" olaraq xarakterizə edib.

 

Aztibb.az xəbər verir ki, Baş direktor bu barədə Afrika Regional Komitəsinin 71-ci sessiyasında çıxışı zamanı deyib.

 

"Bir neçə təhlükəsiz və təsirli peyvəndin qısa müddətdə hazırlanması və təsdiqlənməsi dünyaya pandemiyanın nəzarət altına alınacağına real ümid verdi. Deməyə ehtiyac yoxdur, peyvəndlərin paylanması olduqca ədalətsizdir. Hamımız bu ədalətsizlikdən məyusuq”,  - deyə Qebreyesus əlavə edib.

 

Onun sözlərinə görə, bu günə qədər dünyada koronavirusa qarşı, təxminən 4.8 milyard insan peyvənd edilib: “Bunlardan yalnız 87 milyonu, yəni ümumi miqdarın 2%-dən az hissəsi Afrikanın payına düşür. İndiyə qədər dünyanın 140 ölkəsinin əhalisinin ən azı 10%-i peyvəndlənib. Bu siyahıya yalnız dörd Afrika ölkəsi daxildir. Halbuki ÜST əvvəllər sentyabrın sonuna qədər dünyanın bütün ölkələrində əhalinin ən azı 10%-nin peyvəndlə təmin edilməsini qarşıya məqsəd qoymuşdu”.

 

ÜST-ün avqustun 24-nə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 211 milyon 730 min 35 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb və 4 milyon 430 min 697 nəfər dünyasını dəyişib. Afrikada yoluxma sayı 5 497 902 nəfər, ölüm sayı isə 130 785 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır