Pekində koronavirus xəstəsi qalmadı
27.08.2020 01:06

Çinin paytaxtı Pekində koronavirus xəstəliyinə yoluxmuş son iki nəfər xəstəxanadan evə buraxılıb.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pekinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama verib.

 

Məlumata görə, pandemiya başlayandan bəri ilk dəfədir ki, şəhərin tibb müəssisələrində koronavirus xəstəsi qalmayıb.

 

Statistikaya görə, Çinin materik hissəsində yoluxanların 94,13 faizi müalicə olunub.

 

Qeyd edək ki, Çində yoluxmuş insanların ümumi sayı 84,9 min nəfəri keçib. Son yeddi gündə 108 hadisə aşkar edilib (bir həftə ərzində xəstəxanalardakı xəstələrin sayının azalma dinamikası gündə təxminən 6,7 faiz olub).

 

Aprelin 15-dən bəri ölkədə COVID-19-dan ölüm hadisəsi baş verməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır