İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vakant yer elan edir
23.08.2021 17:29

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İşə qəbul və seçim şöbəsinin müdiri vəzifəsinə vakant yer elan edir.

 

          Vəzifə öhdəlikləri:

 

  • Agentlik və tibb müəssisələrinə işə qəbul işinin idarə edilməsi;
  • İşə qəbul planının hazırlanması üzrə işlərin icrası;
  • Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması;
  • Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması;
  • Xəstəxanalarda bəzi vəzifələrin spesifikliyi nəzərə alınaraq həmin vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə nəzarət;
  • Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi;
  • Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması;
  • Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə; 

           Vəzifə üçün tələblər:

 

  • Ali təhsili (namizədin ali iqtisadi, idarəçilik, və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır);
  • İşə qəbul üzrə sahəsi üzrə 2 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür);
  • İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması;
  • Namizədlərin cəlbi və seçimi üzrə texnikalar barədə ətraflı məlumatlılıq;
  • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Ofis proqramları üzrə biliklərin yaxşı səviyyədə olması;   

 

Maraqlanan namizədlər CV-lərini 15 sentyabr 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

 

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub