Alimlər ana südündə təhlükəli bakteriyaları öldürən şəkər aşkar ediblər - TƏDQİQAT
23.08.2021 15:52

ABŞ biokimyaçıları ana südünün tərkibində şəkərlər qrupuna daxil olan faydalı maddələrin mövcudluğunu aşkar ediblər. Alimlərin gəldiyi nəticəyə əsasən, bu maddələr yenidoğulmuşların orqanizmində xəstəlik törədən bakteriyaların inkişafının qarşısını alır.

 

Aztibb.az bu barədə medikforum.ru saytına istinadla xəbər verir.

 

Tədqiqatçılar müəyyən ediblər ki, aşkar edilmiş maddələri oligosakkaridlər təşkil edir. Təcrübələr göstərib ki, mürəkkəb şəkərli molekulların bu qrupu bakterial nazik pərdələrin, təhlükəli bakteriyaların, ağır infeksiyaların, həmçinin streptokokun inkişafının qarşısını almağa qadirdir. Döş südünün faydalı xüsusiyyətləri ananın orqanizminə də yayılır.

 

"Bu şəkərlər həmçinin uzun müddətdir insanlarda mövcuddur, lakin bakteriyalar indiyə qədər onların təsirinə qarşı dözümlülük qazanmayıb. Bu maddələrin necə işlədiyini anlaya bilsək, onların əsasında antibiotikləri əvəz edən yeni preparatlar yarada biləcəyik" – tədqiqatının müəlliflərindən biri Stiven Taunsend bildirib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının nəticələrinə görə, dünyada bir neçə yüz təzə doğulmuş uşaq məhz analarının süd verməkdən imtinası səbəbindən ölür.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır