7 ayda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 13 939 vətəndaş müraciəti daxil olub
23.08.2021 11:07

2021-ci ilin ilk 7 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 13 min 939 vətəndaş müraciəti daxil olub.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, müraciətlərin 13 min 919-u ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 20-si isə teleqram vasitəsilə edilib. 1660 müraciət bilavasitə vətəndaşlar, əsasən də Bakı şəhəri, Şəki, Bərdə, Masallı və Lənkəran rayonlarının sakinləri tərəfindən olunub. 12 min 279 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün agentliyə yönləndirilib.

 

Daxil olan müraciətlərin 6 min 937-si müayinə və müalicə, 3 min 981-i əlillik məsələləri, 1326-sı işə qəbul və əmək münasibətləri, 543-ü COVID-19, 468-i dərman vasitələri və tibbi sərflə təminat, 684-ü isə digər məsələlər ilə əlaqədar mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.

 

Habelə, agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ötən 7 ayı ərzində 14 min 725 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular agentliyə və tibb müəssisələrinə işə qəbul qaydaları, icbari tibbi sığorta haqlarının əhali kateqoriyaları üzrə məbləği, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, ailə həkiminə müraciət qaydası, immunitet və peyvənd sertifikatlarının əldə edilməsi və s. olub.

 

Qeyd edilən müddət ərzində 2 min 252 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib