"Patı"dan psixi cəhətdən zəif olan insanlar istifadə edirlər” - Səhiyyə nazirinin müavini 
23.08.2021 11:58

Səhiyyə nazirinin müavini Teymur Musayev “patı”dan söz açıb.

 

Aztibb.az xəbər verir ki, “REAL TV”nin efirində qonaq olan nazir müavini son vaxtlar “patı” bəlasının çoxaldığını deyib:

 

“Son zamanlar insanlar xroniki stress durumunda yaşayırlar. Psixi cəhətdən zəif və daxilən buna qarşı çıxa bilməyənlər bu zəhərdən istifadə edirlər. Bütün narkoloji xəstəxana və müəssisələrimiz tam gücü ilə işləyir”.

 

T.Musayevin sözlərinə görə, bazara yeni narkotik vasitələr daxil olur və çox qısa zamanda aludəçilik yaranır:

 

“Hər hansı ailədə belə şəxs varsa, ona dərhal dəstək olmaq lazımdır. Lazımi müalicəyə cəlb etməyə təşəbbüs göstərmək mütləqdir. Yüzlərlə insan bu bəladan qurtularaq reabilitasiya dövrünü yaşayır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib