Azərbaycanda COVID-19-un diaqnostikası və vaksinlərin hazırlanması ilə bağlı tədqiqatlara başlanılıb
19.08.2021 22:37

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Səhiyyə Nazirliyini V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun birgə təşkil etdiyi “Hüceyrə kulturası və krioprezervasiyası” mövzusunda master klass (ustad dərsi) proqramına start verilib.

 

Nazirlikdən verilən məlumata görə, proqramda nəzəri və praktik biliklər nümayiş etdirilir. Nəzəri hissə professor Adil Allahverdiyev tərəfindən, praktiki hissə isə dosent M.Bağırova, dosent Ş.Şıxəliyeva, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun virusologiya şöbəsinin müdiri dosent Kubra Yusifova və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə elmi təcrübə məqsədilə Türkiyədən Azərbaycana dəvət olunmuş Yıldız Teknik Universitetinin Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının elmi əməkdaşı Səhər Dinpərvər tərəfindən həyata keçirilir.

 

Proqramın həyata keçirilməsində əsas məqsəd yaxın gələcəkdə “COVID-19” başda olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostika, kimya terapiyası və xüsusilə vaksin yaradılması kimi sahələrdə tədqiqatlar aparmaqdır. Bu məqsədə nail olmaq üçün tədqiqatların əsasını təşkil edən hüceyrə kulturası modellərinin yaradılması və bu sahədə mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

 

Doktor Səhər Dinpərvər tərəfindən “COVID-19”un diaqnostikasında, vaksinlərin hazırlanması və effektivliyinin yoxlanılmasında son dərəcə əhəmiyyətli olan, “COVID” viruslarının çoxalmasını təmin edən VERO və digər hüceyrə xətləri, leyşmanioza qarşı yeni dərman preparatları və vaksin hazırlanması üçün leyşmania parazitlərinin kulturası Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyasına gətirilib. Hazırda laboratoriyada hüceyrə kulturaları üzərində işlər başladılıb. Hüceyrə kulturaları çoxaldırılaraq maye azotda (-180° C ) DEPO yaradılır.

 

Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıqda əsas məqsəd hər iki elm ocağının intellektual, texniki resurslarını bir araya gətirməklə zoonoz infeksiyalara qarşı birlikdə mübarizə aparmaq və bu xəstəliklərə qarşı mübarizədə yeni strateji yol xəritəsinin işlənməsinə nail olmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib