Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti iclası keçirilib
19.08.2021 12:56

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 9-cu iclası şuranın tibb və biologiya işçi qrupları ilə birlikdə keçirilib.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası açan AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verib.

 

Sonra problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün 60 işin (tibb üzrə 50, biologiya üzrə 9, aqrar elmlər üzrə 1) müzakirəyə çıxarıldığını bildirib. Tibb işçi qrupunun üzvü, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tibb üzrə, problem şurasının sədr müavini, aqrar elmləri doktoru Mustafa Mustafayev aqrar elmlər üzrə, zoologiya işçi qrupunun sədri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və fiziki-kimyəvi biologiya işçi qrupunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Ömərova biologiya üzrə dissertasiya mövzularını təqdim ediblər.
Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə həm problem şurasının, həm də işçi qruplarının üzvləri fəal iştirak ediblər.

 

Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar və müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri “Zoom” proqramı üzərindən iclasa qoşulublar.

 

Tibb üzrə müzakirəyə çıxarılmış 49, biologiya üzrə 9 mövzu müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, tibb üzrə 1, aqrar elmlər üzrə 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib