ÜST: Delta ştamının dövr etdiyi ölkə və ərazilərin sayı bir həftəyə 142-dən 148-dək artıb
18.08.2021 16:16

Yüksək yoluxuculuğu ilə seçilən koronavirusun "alfa", "beta", "qamma" və "delta" ştamları son həftə ərzində yayılma coğrafiyasını genişləndiriblər. Xüsusilə, koronavirusun “delta” variantının dövr etdiyi ölkə və ərazilərin sayı bir həftə ərzində 142-dən 148-ə qədər artıb. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

 

"SARS-CoV-2 virusunun yeni variantlarının aşkar edilməsi üzrə fəaliyyət, genomun sıralama imkanlarının genişlənməsi də daxil olmaqla, milli və beynəlxalq səviyyələrdə gücləndikcə, narahatlıq doğuran variantların mövcudluğu barədə məlumat verən ölkə və ərazilərin sayı artmaqda davam edir". Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində deyilir.

 

“Alfa”, “beta”, “qamma” və “delta” ekspertlər tərəfindən “narahatçılığa səbəb olan variantlar”a aid edilib. ÜST bülletenində göstərilən məlumatlara görə, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar edilən “alfa” ştamı hazırda 190 ölkə və ərazidə mövcuddur (əvvəlki həftəyə nisbətən 5 ölkə əlavə olunub). Keçən ilin avqustunda Cənubi Afrikada aşkar edilən "beta" variantı 138 dövlətdə dövr edir (bir həftə bundan əvvəl 136 idi). Sentyabr ayında Braziliyada aşkar edilən “qamma” ştamı indi 82 ölkədə mövcuddur (əvvəlki yeddi gün ilə müqayisədə bir ölkə artıb). Öz növbəsində, Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabr ayından etibarən mütəxəssislərə məlum olan “delta” variantı, bir həftə ərzində yayılma coğrafiyasını 142-dən 148 ölkə və əraziyə qədər genişləndirib.

 

ÜST-ün bülleteninə görə, avqustun 9-dan 15-ə qədər dünyada yoluxma hallarının sayı əvvəlki həftəyə nisbətən 4 faiz artıb: koronavirus infeksiyasına 4,4 milyondan çox yeni yoluxma halı aşkar edilib. Eyni zamanda, ölüm hallarının sayı əvvəlki həftəyə nisbətən praktiki olaraq artmayıb; ümumilikdə avqustun 9-dan 15-ə qədər 66 mindən çox ölüm halı qeydə alınıb.

 

ÜST-ün avqustun 17-ə olan məlumatına görə, pandemiyanın başlanmasından bu günə qədər dünyada koronavirus infeksiyasına 207 784 507 yoluxma halı aşkar edilib, 4 370 424 nəfər həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır