Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda hüceyrə kulturası tədqiqatlarına start verilib
18.08.2021 15:28

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi “Hüceyrə kulturası və krioprezervasiyası” mövzusunda master klass avqustun 28-nə kimi davam edəcək.

 

Aztibb.az xəbər verir ki, proqramın əsas məqsədi uzun illərdən sonra ilk dəfə ölkəmizdə “COVID-19” daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası, xüsusilə vaksin yaradılması ilə bağlı tədqiqatların başladılmasının əsasını təşkil edən hüceyrə kulturası modellərinin yaradılması və bu sahədə mütəxəssislərin hazırlanmasından ibarətdir.

 

COVID-19-un diaqnostikasında, vaksinlərin hazırlanması və effektivliyinin yoxlanılmasında son dərəcə əhəmiyyətli olan koronavirusların çoxalmasını təmin edən VERO və digər hüceyrə xətləri, leyşmanioza qarşı yeni müxtəlif növ dərman preparatları və vaksin hazırlanması üçün leyşmania parazitlərinin kulturası V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun laboratoriyasına gətirilib. Hazırda laboratoriyada kultura işləri başladılıb, hüceyrələr çoxaldılaraq bir qisminin maye azotda (-180° C ) deposu yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib