Altı müəssisədə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub  
17.08.2021 16:02

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

 

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 16-da ölkə üzrə 415 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

 

1. Bakı şəhəri, Nərimanov ‎rayonu‎, Heydər Əliyev pr. 1 ünvanında yerləşən, hüquqi şəxs "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus “Bulud” kafesi;

2. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 249F ünvanında yerləşən, fiziki şəxs Məmmədova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kabab” restoranı;

3. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 140 ünvanında yerləşən, fiziki şəxs Abbasov Akif Elşən oğluna məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., 3154-ci məhəllədə yerləşən, fiziki şəxs Qəhramanov Zaur Nəriman oğluna məxsus pub;

5. Bakı şəhəri, Sabunçu ‎rayonu, Mehmandarov küçəsi 139 ünvanında yerləşən, fiziki şəxs İsayev Azərə məxsus “Barış” restoranı;

6. Sumqayıt şəhəri, Bələdiyyə parkının ərazisində yerləşən, fiziki şəxs İsayev Mehman Xandadaş oğluna məxsus "Zeytun” kafesi.

 

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib