Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib
17.08.2021 15:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığını qorumaq üçün nazirliyin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib. 

 

Aztibb.az xəbər verir ki, yalnız xidmətlərdən yararlanmaq üçün nazirliyin vətəndaş qəbulu mərkəzlərinə müraciət edən vətəndaşlar könüllü olaraq COVID-19 əleyhinə peyvənd oluna bilərlər. Məqsəd vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvəndə əlçatanlığını təmin etmək, onların rahat şəkildə və vaxt itirmədən vaksinasiyasını həyata keçirməkdir.

 

Səyyar briqadalar 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin Vətəndaşların qəbulu otağı (1 saylı Bakı DOST mərkəzinin “Nazirlik üzrə 1 saylı şöbə”si), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Qəbul mərkəzində təşkil edilib. Səyyar briqadalarda yalnız “CoronaVac” vaksinindən istifadə olunur. Vətəndaşlar həkim yoxlanışından sonra peyvənd olunurlar.

 

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, yaxud  peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd olduğu halda həyata keçirilir.

 

Məlumat üçün bildirək ki, vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürərək vaksinasiya prosesində iştirak edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib