Kustar üsulla hazırlanan kömür insan sağlamlığına ciddi ziyan vurur
17.08.2021 14:15

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ, Oğuz, Ağsu, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən və Göygöl rayonları ərazisində ümumilikdə 19 kömür quyusu və 6 kömür sobası aşkar olunub.

Xidmət rəsmisi Hikmət Əlizadə bildirib ki, kustar üsulla kömür hazırlayan qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Eyni zamanda, kənd sakinlərinə kömür hazırlanmasının nəinki torpağın münbit qatına, atmosfer havasına, eləcə də insan sağlamlığına zərərləri, xroniki xəstəliklərin yaranmasına səbəb olması barədə məlumat verilib.

“Təəssüf ki, Azərbaycanın bəzi bölgələrində hələ də kustar üsulla kömür hazırlanır”.

Xidmət rəsmisinin sözlərinə görə, münbit torpaqlarda quyuların qazılaraq kömürün hazırlanmasilk növbədə torpaqları qeyri-münbit hala salır, kömür hazırlanarkən ondan ayrılan hissəciklər atmosferə yayılır, nəticədə insanların tənəffüs yollarında iltihaba və vərəm xəstəliyinə səbəb olur.

H.Əlizadə kömür hazırlayan kəndlərin ağsaqqallarına, icra nümayəndələrinə müraciət edərək bildirib ki, bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirsinlər və belə hallarla rastlaşdıqda Nazirliyin 168 Çağrı Mərkəzinə məlumat versinlər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib