İranda koronavirusdan ölənlərin sayı 21 min nəfəri keçdi
26.08.2020 17:44

İranda ötən sutka ərzində 119 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Aztibb.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 020 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 243 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 365 606 nəfərə çatıb. Virus daşıyıcılarından 3 831 nəfərin vəziyyəti ağırdır.

 
Sadat Lari əlavə edib ki, İranda indiyədək 314 870 nəfər koronavirusdan sağalıb.

 

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin qırmızı zonalar hesab olunurlar.

 

İranda indiyədək 3,11 milyondan çox diaqnoz testi həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır