Gürcüstanda hərbi həkimlər COVID-19 əleyhinə vaksinasiya prosesinin aparılmasında iştirak edəcək
17.08.2021 01:31

Gürcüstanda hərbi həkimlər yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya prosesinin aparılmasında iştirak edəcək.

 

Aztibb.az xəbər verir ki, müvafiq qərarı Gürcüstan Baş naziri İrakli Qaribaşvili imzalayıb. Qərara əsasən, ölkə Konstitusiyasının və Fövqəladə Hallar Haqqında Qanunun müvafiq maddələri rəhbər tutularaq silahlı qüvvələrin tərkibində fəaliyyət göstərən həkimlər vaksinasiya prosesinin effektiv aparılmasında iştirak edəcəklər.

 

Qeyd edək ki, son günlərdə Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb, ölkədə aktiv yoluxma hallarının sayı 55 mini ötüb. Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar xəstəxanalarda çarpayı və həkim çatışmazlığı riski yaranıb.

 

Bu gün Tbilisinin Diqomi massivində yerləşən olimpiya kəndindəki idman zallarından birində 500 çarpayılıq səhra xəstəxanası yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib