COVID-19-a təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır - ÜST
26.08.2020 15:29

Yeni koronavirusa təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bu fikri Honkonqda qeydə alınmış COVID-19-a təkrar yoluxma faktı barədə xəbəri şərh edərkən söyləyib.


Aztibb.az xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.

Bazar ertəsi dünya mətbuatı pandemiya başlanandan bəri elmi cəhətdən təsdiqlənmiş ilk təkrar yoluxma barədə məlumat yayıb. Dörd ay bundan öncə COVID-19-a yoluxan şəxs xarici səfərdən qayıtdıqdan sonra onda koronavirusun başqa ştammı aşkarlanıb.

ÜST-ün nümayəndəsi Marqaret Harris Cenevrədə brifinqdə çıxış edərək vəziyyəti şişirtməməyə çağırıb. Onun sözlərinə görə, yadda saxlamaq vacibdir ki, belə hallar çox azdır - hər 23 milyona bir təkrar yoluxma faktı. O deyib: “Yəqin ki, biz hələ sənədlərlə təsdiqlənmiş yeni təkrar yoluxma halları barədə öyrənəcəyik. Lakin görünür bu, ümumi tendensiya deyil, əks halda belə məlumatlar daha çox olardı”.

Bununla belə, M.Harris Honkonq Universitetinin alimləri tərəfindən aparılan tədqiqatın nəticələrinin əhəmiyyətini qeyd edib. Bu nəticələrə görə, pasiyentdə COVID-19-u ikinci dəfə əmələ gətirən ştamm onun birinci dəfə yoluxduğu ştammdan fərqlənir.

“Mühümdür ki, hər iki yoluxma faktı sənədlərlə təsdiqlənib”, - deyə ÜST nümayəndəsi vurğulayıb. O xatırladıb ki, mətbuatda insanların bu xəstəliyə tutulmaları, daha sonra COVID-19 analizinə mənfi cavab almaları, hansısa müddət keçdikdən sonra yenidən yoluxmaları barədə dəfələrlə xəbərlər yayılıb. Lakin elmi tədqiqatların olmaması səbəbindən ekspertlər əmin deyildilər ki, söhbət məhz təkrar yoluxmadan, yaxud misal üçün test xətasından gedir.

 

M.Harris bildirib ki, Honkonq hadisəsinin koronavirus infeksiyasına qarşı immunitetin yaranması ilə bağlı bilikləri necə dəyişə biləcəyini anlamaq ÜST üçün əhəmiyyətlidir. O deyib: “Hazırda çoxsaylı elmi qruplar tədqiqatlar aparır, xəstəlikdən sonra əmələ gələn təbii immunitetin nə qədər davam etdiyini araşdırmaqdan ötrü təkrar yoluxan pasiyentlərdə anticisimləri üzə çıxarırlar. Onu da bilmək vacibdir ki, belə immunitet vaksinin təmin etdiyi müdafiədən fərqlənir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır