Bakı Şəhər İcra Hakimiyyəti COVID-19 infeksiyası ilə əlaqədar paytaxt sakinlərinə xəbərdarlıq edib
13.08.2021 12:26

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar xəbərdarlıq edib.

 

BŞİH-nin mətbuat xidmətindən verilən məlumata görə, son günlər ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşların xəstəlikdən qorunması və infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

 

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ümumşəhər Dezinfeksiya Həftəsi elan edilib və tədbirlər çərçivəsində avqustun 14-də səhər saatlarından etibarən şəhərin mərkəzində və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Maddələrin müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd edilən tarixdə küçəyə çıxmamaları xahiş olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib