Afrikada pandemiyanın pik həddi arxada qaldı?
26.08.2020 12:39

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə, Afrika qitəsi koronavirus pandemiyasının pik həddini artıq arxada qoyub. Qurum bu barədə məlumatı ÜST-ün Afrika regionu üzrə direktoru Matşidiso Moetiyə istinadla yayıb.

 

Aztibb.az xəbər verir ki, regionda gündəlik yoluxma hallarında geriləmənin qeydə alınması artıq pik həddin arxada qaldığını ehtimal etməyə əsas verir. Bununla belə bildirilib ki, regionda Namibiya kimi bəzi ölkələrdə gündəlik yoluxmaların sayı hələ də artmaqdadır.

 

AFP xəbər agentliyinin apardığı statistik araşdırmaya görə, Afrikada ilk yoluxma halının qeydə alındığı 14 fevral tarixindən indiyədək bu qitədə 1,2 milyon nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 28 min nəfərdən artıqdır. Qitədəki yoluxma hallarının yarıdan çoxu yalnız bir ölkənin - Cənubi Afrika Respublikasının payına düşür. Dünyada koronavirusa yoluxanların sayına görə beşinci yerdə olan bu ölkədə də hazırda yoluxma və ölüm hallarında azalma müşahidə olunmaqdadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır