Karantini pozan 550-dən çox şəxs cinayət məsuliyyətinə cəlb edilib
12.08.2021 15:08

Ölkədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı nəzarət-profilaktiki tədbirlər diqqət mərkəzində saxlanılır.

 

Aztibb.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.

 

DİN vətəndaşlara tövsiyə edir ki, infeksiya şəraitində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına hər bir şəxs ciddi əməl edərək, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

 

Tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirləri davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib