“Sinovac” vaksininin delta ştamına qarşı effektivliyinə dair tədqiqatlar kifayət qədər deyil"
12.08.2021 15:01

“Son günlər yoluxanların sayında artım müşahidə olunmaqdadır. Qarşıdan payız aylarının gəlməsi ilə, xüsusilə oktyabr ayının ortalarından sonra üst tənəffüs yolları infeksiyaları, mövsümi viral infeksiyalarda artışın görülməsi istisna edilmir. Payızda digər viral infeksiyalar kimi, COVID-19 virusuna yoluxmada da artımın olması ehtimalı böyükdür. Lakin ötən illə müqayisədə, ölkəmizdə peyvəndlənmənin aparılması, xəstəxanaların payız mövsümünə daha hazırlıqlı olması, çarpayıların sayının artırılması kimi amillər də nəzərə alınmalıdır”.

 

Bu barədə Aztibb.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

 

Qeyd olunub ki, hazırda Azərbaycanda COVID-19-a qarşı 4 peyvənddən istifadə olunur. Hazırda “Sinovac” şirkətinin “CoronaVac” vaksininin koronavirusun delta ştamına qarşı nə dərəcədə effektivlik göstərməsinə dair tədqiqatlar kifayət qədər deyil. Əhalimizin böyük bir hissəsinin bu vaksinlə peyvənd olunduğunu nəzərə alsaq delta ştamına yoluxma zamanı peyvəndin effektivliyi barədə öncədən proqnoz vermək doğru deyil.

 

Bununla yanaşı, Delta ştamının əlamətlərinin digər ştamlarla müqayisədə, daha çox adi soyuqdəymə əlamətlərinə bənzəməsi insanlarda bunun adi qrip olması kimi çaşqınlıqlar yarada bilir.

 

Bildirilib ki, proqnozlara görə, bütün Avropada avqust ayının sonunda COVID-19-a yoluxan xəstələrin 90 faizində delta ştamına rast gəlinəcək. Ölkəmiz də Avropaya yaxın olduğundan delta variantının geniş yayılma ehtimalı çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib