Önəmli olan yoluxma sayı deyil, ağırlaşma və ölüm faizidir - Radioloq-həkim Aydın Əliyev
12.08.2021 10:25

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev son zamanlar qapanmalara gediləcəyi ilə əlaqədar səsləndirilən fikirlərə münasibət bildirib. 

 

"Əgər yoluxma və ölüm sayı “artarsa”, peyvənddən əvvəlki yoluxma və ölüm sayına çatarsa və ya onu keçərsə, yenidən sərt karantin tətbiq edilsə, bu zaman sual ortaya çıxır. Peyvəndləmənin və bu qədər vəsait xərcləməyin nə faydası oldu? Rəsmi statistikaya görə, 3 milyona yaxın insan 2-ci doza, 5 milyondan çox insan isə 1 doza peyvənd edilib. Rəsmi və qeyri-rəsmi ən azı 1 milyondan çox insan da yoluxub sağalıb immunitet qazanıb. Heç bir elmi məntiqə uyğun deyil ki, bundan sonra yoluxma və ölüm sayı peyvənddən əvvəlki qədər və ya ondan çox olsun! Əgər olarsa, mən buna inanmayacam", - A.Əliyev qeyd edib. 

 

Həkim əlavə edib ki, yoluxma və ölüm sayı Azərbaycandan az olan, əhali sayı isə ölkəmizlə eyni olan Belarusda heç bir karantin tətbiq olunmayıb. 

 

"Yoluxma sayı artıb deyə insanları qorxutmayaq. Önəmli olan yoluxma sayı deyil, ağırlaşma və ölüm faizidir. Bu çox deyilsə, heç bir panikaya əsas yoxdur", - deyə A.Əliyev bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib