Təyyar Eyvazov: Delta ştamı yoluxma sayını sürətlə artırır
11.08.2021 15:50

“İnsanlar koronavirusla bağlı arxayınlaşmamalıdır, pandemiya bitməyib, eyni zamanda, daha yoluxdurucu olan Delta ştamı yayılıb”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, bu ştamın bir xüsusiyyəti də odur ki, yoluxma sayını sürətlə artırır:

 

“Gündəlik yoluxma sayına baxanda da bunu görürdük. Britaniya ştamında belə yoluxma bu qədər sürətlə artmırdı. Gürcüstanda da əhali sayı bizdən üç dəfə olsa da, gündəlik 5000-dən çox yoluxma var. Ona görə maska, məsafə saxlanılması gigiyenaya əməl edilməsinə diqqət edilməlidir. Ölkənin gün ərzində 100 min doza vaksin vurmaq imkanı var, dövlət bizə belə imkan yaradıb. Pis ssenari ilə üzləşməmək, qapanmamalara getməmək üçün əhali olaraq töhfəmizi verməli, yəni vaksinasiya olunmalıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib