İspaniya vaksinlərin mərkəzləşdirilmiş qaydada alınması təşəbbüsünə qoşulub
26.08.2020 09:18

İspaniya Avropa İttifaqına (Aİ) üzv olan digər dövlətlərlə birlikdə COVID-19 infeksiyasına qarşı Oksford Universitetinin (Böyük Britaniya) tədqiqatçıları tərəfindən “AstraZeneca” şirkətində hazırlanmış vaksinlərin Avropa Komissiyası (AK) vasitəsilə həyata keçirilən mərkəzləşdirilmiş qaydada alınmasına qoşulub.

Aztibb.az İspaniya Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, vaksinlər ölkələr arasında əhalinin sayına görə bölüşdürüləcək. Bu bölgüdə İspaniyanın payına 30 milyon dozalıq vaksin düşür.

 

AK ən qabaqcıl alternativlərdən sayılan “AstraZeneca” şirkətinin vaksinlərinin mərkəzləşdirilmiş qaydada alınması barədə son həftələrdə razılıq əldə edib. Hazırda bu vaksinin təhlükəsizliyini və effektivliyini təmin etmək istiqamətində klinik sınaqlar keçirilir. 

 

AK-nin danışıqlar komitəsi İspaniyanın qoşulduğu bu ilk razılaşmaya əlavə olaraq, Aİ-nin və üçüncü dünya ölkələrinin vaksinə olan tələbatlarını ödəmək məqsədilə alternativ vaksinlər hazırlayan müxtəlif şirkətlərlə danışıqları davam etdirir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır