Baş pediatr uşaqlar arasında virus xəstəliyinin geniş yayılması barədə məlumatlara münasibət bildirib
10.08.2021 17:58

Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov son zamanlar uşaqlar arasında hərarət, mədə-bağırsaq pozulması, ağızın yara tökməsi kimi əlamətlərlə özünü büruzə verən virus xəstəliyinin geniş yayılması və bunun dəniz vasitəsilə keçməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

Aztibb.az xəbər verir ki, baş pediatr açıqlamasında yay fəslinə aid bəzi virusların olduğunu, onların yayda daha sıx yayıldığını bildirib: “Məsələn, rotavirus, adenovirus mədə-bağırsaq pozulmasına səbəb olan, qızdırma ilə olan viruslardır. Bir də koksakiviruslar var ki, bu da əlin, ayağın içində, ağızda yayılan, herpes qrupuna aid olan əl-ağız-ayaq virusu dediyimiz virusdur. Bu, may ayında başlayaraq sentyabra qədər sıx yayılır. Bu xəstəlikdə səpkilər, hərarət, iştahsızlıq olur, nadir hallarda boğaz ağrısı da ola bilər. Eyni zamanda, yayda suçiçəyi də geniş yayılır”.

 

E.Rəhimov deyib ki, hazırda epidemioloji olaraq ölkədə çox geniş yayılan bir virus yoxdur: “Zaman-zaman respirator viruslar da yayılır, bu da xışıltılı öskürəklə, qızdırma ilə müşahidə olunur. Amma bunun da epidemioloji olaraq çox geniş yayıldığını görmürəm. Dənizdən virus yayıla bilər məsələsinə gəldikdə isə, uşaqlara daha çox dənizdə olan digər xəstə uşaqlardan virus keçir. Yəni uşaqlar bir-biri ilə ünsiyyətdə olduqca virus da yayılır. Rotavirus əslində su ilə yoluxa bilər, suyu udmaqla o virusu daxilə qəbul etmək olur. Amma tənəffüs yolları virusu su ilə yoluxmur, onlar hava-damcı yolu ilə yayılır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib