Qərbi Afrikada təhlükəli Marburq qızdırması narahatlıq doğurub
10.08.2021 16:31

Qərbi Afrikada yerləşən Qvineyada yüksək yoluxuculuq qabiliyyətinə malik təhlükəli Marburq qızdırmasının yayılması barədə xəbərdarlıq edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu, Qərbi Afrikada həmin virusun yayılmasına dair ilk xəbərdir.

 

Aztibb.az xəbər verir ki, Qvineyada Ebola epidemiyasının yayılmasından iki ay sonra ölkənin Quekedu prefekturasında Marburq qızdırması barədə məlumat narahatlıq doğurub. Virus artıq vəfat etmiş bir pasiyentdə aşkarlanıb və onunla təmasda olmuş şəxslərin müəyyən edilməsinə başlanılıb.

 

Qeyd edək ki, Ebola virusu kimi yarasalar vasitəsilə insana keçən Marburq virusu yüksək qızdırma və daxili qanaxmalara səbəb olur. Yüksək yoluxuculuq qabiliyyətinə malik olan bu virus insanlar arasında yaxın təmaslar zamanı damcı yolu ilə keçir. Əsasən Mərkəzi Afrika mənşəli olan virus ilk dəfə ötən əsrin 60-cı illərində Almaniyanın Marburq şəhərindəki laboratoriyaların birində heyvanlar üzərində aparılan təcrübə zamanı aşkarlanıb və ona görə də ona Marburq qızdırması adı verilib.

 

ÜST-ün məlumatına görə, bu virusa qarşı antiviral dərman və ya peyvəndlər hələlik mövcud deyil. Koronavirus pandemiyasına qarşı mübarizə prioritet olduğuna görə, səhiyyə qurumlarının bu virusa qarşı mübarizəsində bir sıra çətinliklər yarana bilər. Ona görə ÜST rəsmi qurumları virusun yayılma arealını mümkün qədər qısa zamanda müəyyən etməyə çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib