Rusiyada xəstəxanada oksigenin kəsilməsi nəticəsində 9 nəfər həyatını itirib
09.08.2021 22:55

Rusiyanın Vladikavkaz şəhərinin Klinik Təcili Yardım Xəstəxanasında oksigen sistemində yaranmış nasazlıq səbəbidən 9 nəfər ölüb.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, xəstəxananın reanimasiya şöbəsində ümumilikdə 71 xəstə olub.

 

“Oksigen stansiyasında qəza olub, oksigen tədarükündə fasilələr yaranıb. Faktiki olaraq yeraltı olan ehtiyatdan qidalanan oksigen borusu qırılıb və oksigen təminatı dayanıb”, - Şimali Osetiya-Alaniya Respublikası rəhbərinin vəzifəsini müvəqqəti icra edən Sergey Menyaylo belə deyib.

 

O, qeyd edib ki, sabahdan etibarən respublikanın bütün xəstəxanalarında oksigen ehtiyatı təmin ediləcək. Xəstəxanada oksigen sistemindəki nasazlıq yerli vaxtla saat 18:00 radələrində müəyyən edilib. Qaz ehtiyat silindrlərdən verilməyə başlanılıb.

 

Şimali Osetiya Səhiyyə Nazirliyindən bildirilib ki, ölən xəstələrin vəziyyəti ağır olub.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib