Koronavirus pandemiyasının yayılma tempi qismən zəifləyib  
25.08.2020 23:30

Koronavirus pandemiyasının yayılma tempi son həftədə qismən zəifləyib.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik göstəriciləri yayılma tempinin aşağı düşdüyünü və əsasən bu müsbət tendensiyanın Amerika qitəsində müşahidə olunduğunu göstərib.

 

Beynəlxalq qurumun ötən həftəyə aid hesabatında bildirilir ki, bir həftə ərzində dünya üzrə 1,7 milyon yeni yoluxma və 39 min ölüm halı qeydə alınıb. Bu isə öncəki həftə ilə müqayisədə yoluxmalarda 5, ölüm hallarında isə 12 faiz azalma deməkdir. Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi regionları istisna olmaqla, dünyanın bütün regionlarında yoluxma hallarında azalma müşahidə olunub.

 

Hesabatda qeyd edilib ki, dünyada koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr hələ də Amerika qitəsi ölkələridir. Yeni yoluxma hallarının yarısı və ölüm hallarının 62 faizi bu qitədəki ölkələrin payına düşür. 17-23 avqustu əhatə edən həftə ərzində isə bu qitədə də vəziyyətdə müsbət irəliləyiş müşahidə olunub. Öncəki həftə ilə müqayisədə yeni yoluxmalar 11 faiz, ölüm halları isə 17 faiz azalıb.

 

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 23 milyon, ölüm halları isə 800 mindən yuxarıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır