Payızda respirator xəstəliklərin aktivləşəcəyini nəzərə alaraq diqqətli olmaq vacibdir
08.08.2021 11:01

Təəssüf ki, iyunun sonlarından başlayaraq ölkəmizdə koronavirusa yoluxma hallarında mənfi tendensiya müşahidə olunur. Belə ki, COVID-19-a yoluxanların sayı həmin xəstəlikdən sağalanların sayını üstələyir. Son statistikaya görə, yoluxma sayı dördrəqəmli ədədlərlə ifadə olunur. Belə ki, avqustun 5-də COVID-19-a 1196 yeni yoluxma faktı qeydə alınıb. Doğrudur, bir sıra məhdudiyyətlərin ləğvindən sonra bu, gözlənilən idi. Lakin yenidən əks tendensiyanı görmək həm narahatverici, həm də üzücüdür. Buna baxmayaraq, ölkədə sanitar epidemioloji vəziyyət hələ ki, nəzarət altındadır.

 

Aztibb.az xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.

 

Pandemiya ilə mübarizədə ən effektiv vasitənin vaksinasiya olduğunu bildirən mütəxəssis ölkəmizdə gündəlik peyvənd olunanların sayının qənaətbəxş olduğunu qeyd edib: “Ölkəmizdə hər gün koronavirus əleyhinə vaksinasiyadan keçənlərin sayı kifayət qədər olsa da istədiyimiz saya çatmadığımız üçün hələ də pandemiya davam edir. Qarşıdan payız mövsümünün gəldiyini və respirator xəstəliklərin aktivləşəcəyini nəzərə alaraq maksimal dərəcədə diqqətli olmaq, fərdi qoruyucu vasitələrdən düzgün istifadə etmək, gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək vacibdir. Həmçinin çəkinmədən vaksinasiyada aktiv iştirak önəmlidir. Peyvəndlənən vətəndaşlar da arxayınlaşmamalı və hər zamankı tələblərə qarşı məsuliyyətli olmalıdırlar. Həm vaksinasiyada aktiv iştirak etməklə, həm də məsuliyyətli davranmaqla bu bəladan qurtula bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib