Baş pediatr vaksinlə bağlı ÇAĞIRIŞ etdi
06.08.2021 17:45

"Pandemiya dövründə “Delta” ştamı da daxil olmaqla virusdan ən yaxşı qorunma yolu vaksindir".

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Baş pediatr Erkin Rəhimov bildirib.

 

Onun sözlərinə görə, hələ ki, uşaqlara vaksin vurulmur, amma gələcəkdə bu barədə elmi sübut olarsa, uşaqlar da vaksin oluna bilər:

 

“Təəssüf ki, hələ uşaqlar koronavirusa qarşı peyvənd olunmur. Ona görə də uşaqları da qorumağın ən yaxşı yolu hamının peyvənd olunmasıdır. Bəzi insanlar peyvənd vurdurub yoluxa bilər, heç bir peyvənd 100 faiz qorumur. Amma elmi tədqiqatlar göstərir ki, yoluxma olsa belə, peyvənd reanimasiyaya düşmə və ölüm hallarından 95 faiz qoruyur. Elmi sübutlar göstərir ki, virusdan ölənlər də peyvənd olunmayanlardır. Hər iki dozadan peyvənd olunandan sonra ölüm çox-çox nadir halda ola bilər. Məqsəd təkcə peyvənd olunan adamın özünü qoruması deyil. Məqsəd həm özümüzü, həm cəmiyyəti qorumaqdır".

 

Baş pediatr deyib ki, əhalinin 70-80 faizinin peyvənd olunması lazımdır: "Bəzi xərçəng xəstələri və digər xəstəlikləri olanlar peyvənd oluna bilmir. Ona görə biz peyvənd olunmaqla o cür xəstlikləri olanları da virusdan qorumuş oluruq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər