Baş oftalmoloq: "150-dən çox qaziyə fərdi göz protezləri hazırlanıb"  
06.08.2021 12:12

"Vətən müharibəsi iştirakçılarının böyük qismində partlayışların mərkəzi sinir sisteminə, görmə orqanının funksiyalarına təsiri nəticəsində yaranmış şikayətlər baş ağrıları, daha çox görmənin itməsi, zəifliyi və ya kosmetik problemlərlə bağlı idi. Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. Aparılmış əməliyyatlar sırasında dəlib keçən yaraların işlənməsi, o cümlədən, gözdaxili orbitanın yad cisimlərinin (qəlpələri) xaric edilməsi, kataraktanın ekstaksiyası, vitreoretinal əməliyyatlar, buynuz qişanın keratoprotezləşdirməsi, rekonstruktiv plastik əməliyyatlar və s. daha çox olunub".

 

Bu fikirləri Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov deyib.

 

Onun sözlərinə görə, 150-dən çox Vətən müharibəsi iştirakçısına İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar olunub, fərdi göz protezləri hazırlanıb: "Hərbi-Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsini həyata keçirilib. Müharibədən sonrakı dövrdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil klinikasının yüksək səviyyəli oftalmoloji briqadaları bir neçə rayonlarda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər. Bu cür aksiyalar mütamadi olaraq respublikanın əksər rayonlarında aparılacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər