Ağ evin Baş tibb müşaviri: “Delta” variantının qarşısı alınmasa, daha təhlükəli ştamlar ortaya çıxacaq
06.08.2021 11:53

COVID-19-un “delta” variantı Amerikanın bütün cənub ştatlarında sürətlə yayılmağa davam edir.

 

Ağ Evin baş tibb müşaviri, doktor Entoni Fauçi ABŞ-ın COVID-19-un “delta” variantının əhali arasında yayılmasının qarşısını ala bilməyəcəyi təqdirdə, ölkədə heç bir vaksinin təsir edə bilməyəcəyi yeni ştamların ortaya çıxmağa başlayacağını bildirib.

 

“Bu, virusun əhali arasında yayılmasına nəzarət edə bilməyəcəyimiz təqdirdə baş verəcək. Buna görə həmkarlarım və mən daim təkrar edirik ki, mümkün qədər çox insana peyvəndin vurulması çox vacibdir. Virus peyvənd olunmayan əhali arasında yayıldıqda, hazırda vaksinasiya dərəcəsi aşağı olan bir çox ştatlarda sürətlə baş verdiyi kimi, o, insanda ümumiyyətlə simptomların olub-olmamasından asılı olmayaraq mutasiya edə bilər. Virusa mutasiya etmək üçün kifayət qədər imkan verirsinizsə, gec-tez başqa bir ştam ortaya çıxacaq və ola bilsin ki, bəzi məqamlarda o daha da pis ola bilər”, - deyə Entoni Fauçi vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib