Türkiyədə əməliyyat olunan yanğınsöndürənimizin səhhəti yaxşılaşıb
05.08.2021 18:08

Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda meşə yanğınlarının söndürülməsi zamanı ayağı sınan 23 yaşlı yanğınsöndürənimiz Elnur Əliyevin səhhəti yaxşılaşıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Marmaris Dövlət Xəstəxanasından bildirilib. Avqustun 3-ü əməliyyat olunan E.Əliyevin ayağına platin və mil qoyulub.

 

Əməliyyatı həyata keçirən ortopediya və travmatologiya üzrə mütəxəssis Mutlu Güngür Elnur Əliyevin sağaldığını və onu təxliyə etməyi düşündüklərini bildirib. Qeyd edib ki, ayağa qoyulan gips daha 3 həftə qalacaq və çıxarıldıqdan sonra fiziki müalicə ilə yavaş-yavaş yeriməyə başlaya bilər. Zamanla əvvəlki sağlamlığına tam qovuşacaq.

 

Elnur Əliyev təxliyə olunduqdan sonra briqadaya qayıdacağını deyib: "Dövlət başçımız tapşırıq verdi, "qardaş ölkəmiz yanır, dəstək lazımdır" dedilər. Biz də hazırlaşıb bura gəldik. Türk qardaşlarımıza yardım etmək borcumuzdur. Həmkarlarım bölgədə çalışır. Təəssüf ki, mən buradayam. İnşallah sağalan kimi mən də oraya gedəcəyəm. Əlimdən nə gəlirsə, etmək istəyirəm. Bu yanğını söndürmədən buradan getməyəcəyik. Dəstək də gəlir. İnşallah bu yanğını söndürəcəyik və siz də rahat nəfəs alacaqsınız. Türkiyə həkimlərinə minnətdaram. Çox yaxşı müalicə etdilər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib