Soyuq su içməyin FƏSADLARI
05.08.2021 17:46

Həddindən çox soyuq su içmək orqanizmin sağlamlığına mənfi təsir göstərir. Həkimlərin dediyinə görə, tərləyən zaman bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq yaranır. Bu zaman boğaz quruyur və soyuq su içmək istəyi yaranır.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov deyib: “Soyuq su, ilk növbədə, ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Eyni zamanda, həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Yemək qəbulu zamanı soyuq su içilməsi mədədə olan qidanın xeyli hissəsinin qovulmasına səbəb olur və aclıq hissinin daha tez yaranmasına və daha çox yemək qəbul edilməsinə və bu da piylənməyə səbəb olur. Soyuq su içmək ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir. Ona görə suyun temperaturuna fikir vermək lazımdır. İstilik mübadiləsi prosesinin tənzimlənməsi üçün otaq temperaturuna yaxın su qəbul etmək lazımdır”.

 

Onun sözlərinə görə, dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməkdən uzaq olmaq məsləhət görülür, çünki bu zaman dişin emalı zədələnir və kariyes yaranır.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib   
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb