Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştam yarana bilər - Ekspert
03.08.2021 10:15

Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştam yarana bilər.

 

Aztibb.az xəbər verir ki, bunu açıqlamasında həkim-infeksionist Gülnarə Əhmədova deyib.

 

O, bildirib ki, virusa görə həyat dayana bilməz: "Sadəcə, insanlar anlamalıdırlar ki, bu, yoluxucu xəstəlikdir. Maska taxmaq məsafə saxlamaq, əllərin təmizliyinə, gigiyenaya fikir vermək boş yerə tövsiyə edilmir. Bu, insan immunitetindən asılı olan xəstəlikdir. Düşünürəm ki, getdikcə orqanizm virusu zəiflədəcək. Digər tərəfdən də vaksinasiya aparılır. Lakin vaksinasiyanın effektini yalnız hər yerdə eyni vaxtda aparılsa, görə bilərik. Proses uzanmamalıdır. Hamı tez, bir vaxtda və sürətlə vaksinasiya olunmalıdır".

 

Ekspert Azərbaycanda da koronavirusun yeni bir ştamının üzə çıxa biləcəyini deyib: "Mütləq deyil ki, Azərbaycanda və ya digər ölkədə ancaq "Delta" ştamı üzə çıxmalıdır. Mutasiyada hansısa ardıcıllıq olmur. Ştam müəyyən bir ölkənin insanlarının həyat tərzinə uyğun olaraq ortaya çıxır. Bildiyiniz kimi, "Delta" ştamı Hindistanda tapılıb. Orada insanların yaşayış səviyyəsi aşağı olduğundan, immunitetləri bakteriya və viruslara daha çox öyrəşib. Ona görə də burada mutasiyaya uğrayan variant daha güclüdür. Azərbaycanda da insanların immunitetinə uyğun başqa bir ştam yarana bilər. Mən bunun hansı gücdə olacağını deyə bilmərəm. Lakin yeni bir ştamın ortaya çıxacağı istisna edilmir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib