ÜST rəhbəri: Koronavirusun yeni, təhlükəli variantlarının ortaya çıxması ehtimalı var
01.08.2021 15:46

SARS-CoV-2 koronavirusu mutasiyaya uğramağa davam edir, buna görə də hazırda bu qrupa aid edilmiş dörd ştama - "alfa", "beta", "qamma" və "delta"ya əlavə olaraq yeni xüsusilə təhlükəli variantlarının ortaya çıxması ehtimalını nəzərə almalıyıq.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.

 

"ÜST COVID-19 xəstəliyinə səbəb olan virusun, onun haqqında gələn ilk məlumatlardan bəri dəyişdirildiyini və dəyişməyə davam etdiyi barədə xəbərdarlıq etmişdi. Beləliklə, narahatlığa səbəb olan dörd variant ortaya çıxdı və virus yayılmağa davam etdiyi müddətdə daha çox sayda yeni variant ortaya çıxacaq", - deyə Baş direktor bildirib.

 

O, vurğulayıb ki, son həftələrdə ÜST-nin altı bölgəsindən beşində yoluxma hallarının sayında qeyd olunan kəskin artım, əhəmiyyətli dərəcədə "ən azı 132 ölkədə aşkar olunan son dərəcə yoluxucu delta-variantı" ilə şərtləndirilib.

 

ÜST rəhbəri koronavirusla bağlı testləşməni yaxşılaşdırmağa çağırıb. O, adambaşına düşən gəlirləri aşağı olan ölkələrdə əhalinin test nisbətinin yüksək gəlirli ölkələrin səviyyəsinin 2 faizindən azını təşkil etdiyini xatırladıb. Müvafiq testləşmənin mövcud olmamasına görə, həqiqi epidemioloji vəziyyət və onun necə dəyişdiyi barədə məlumat əldə etmək mümkün olmur.

 

"Dünyadakı test səviyyəsini yüksəltmədən, xəstəliklə ön xəttə mübarizə apara bilməyəcəyik və koronavirusun yeni, daha təhlükəli variantları riskini azalda bilməyəcəyik", - deyə Baş direktor vurğulayıb.

 

Tedros Qebreyesus ÜST-ün peyvəndlə əhatə olunma məsələsində əvvəl müəyyən edilən hədəflərə sadiq qaldığını bir daha təsdiqləyib: sentyabr ayının sonuna qədər dünyanın hər bir ölkəsində əhalinin ən azı 10 faizi, 2021-ci ilin sonuna qədər - ən azı 40 faizi, 2022-ci ilin ortalarına qədər ən azı 70 faizi peyvənd olunmalıdır. Baş direktor bildirib ki, indiyə qədər dövlətlərin yarısından bir qədər çoxu əhalisinin ən azı 10 faizini, dörddə birindən az hissəsi – 40 faiz və yalnız üç ölkə - 70 faizini peyvənd edib.

 

Bununla əlaqədar olaraq, o, "vaksinlərin qlobal paylanmasının hələ də ədalətsiz qaldığını" vurğulayaraq, "peyvənd milliyətçiliyinin" təhlükəsi barədə xatırladıb. "Bütün bölgələr risk altındadır, lakin Afrikada vəziyyət – çox pisdir", - deyə Tedros Qebreyesus qeyd edib.

 

"Mövcud tendensiya davam edərsə, Afrika ölkələrinin təxminən 70 faizi sentyabrın sonuna qədər 10 faiz vaksinasiya səviyyəsinə çata bilməyəcək", - deyə o bildirib. Bu günə qədər dünyada istifadə edilən peyvəndlərin yalnız 2 faizi Afrikanın payına düşüb və bu qitə əhalisinin yalnız 1,5 faizi peyvənd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır