“Delta” ştamına yoluxan peyvəndli insanlar burun və ağız boşluğunda çox miqdarda virus daşıyır
30.07.2021 20:32

ABŞ-ın tibbi tənzimləyicisi COVID-19 infeksiyası barədə yeni məlumatlara əsaslanaraq vaksinasiya olunan insanların qoruyucu maskadan istifadəsinin bərpası barədə qərar qəbul edib.

 

Aztibb.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzinin rəhbəri Roşel Valenski bildirib.

 

May ayında Roşel Valenski peyvənd edilmiş amerikalıların bundan sonra əksər hallarda maska taxmaya və sosial distansiya saxlamaya biləcəklərini demişdi. Lakin tənzimləyici iyunun 27-də vaksinasiyadan keçən insanların yenidən qapalı məkanlarda qoruyucu maska taxmalarının vacibliyini vurğulayıb. Bu tövsiyə ABŞ-ın COVID-19 infeksiyasına yoluxma hallarının yüksək olduğu rayonlarına aiddir.

 

“Yeni tədqiqatlar “Delta” ştamına yoluxan peyvəndli insanların burun və ağız boşluğunda çox miqdarda virus daşıdığını göstərib”, - deyə Roşel Valenski bildirib.

 

Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzin daxili sənədlərində koronavirusun “Delta” ştamının MERS, SARS, Ebola və mövsümi qrip viruslarından daha yoluxucu olduğu bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib