Kolumbiyada sentyabrın 1-dən karantin ləğv ediləcək
25.08.2020 09:23

Kolumbiya hakimiyyəti avqustun 31-də başa çatacaq karantini uzatmamaq qərarına gəlib.


Aztibb.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkə prezidenti İvan Duke Boqotada çıxışı zamanı bəyan edib.

 

"Sentyabrın 1-də yeni mərhələ başlayır. Məcburi təcridetmə əvəzinə seçmə təcridetmə tətbiq olunur", - İ.Duke deyib. Prezident izah edib ki, bir çox məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək və iqtisadiyyatın müxtəlif sahələrində işlər yenidən başlayacaq.


Duke əlavə edib ki, səhiyyə sahəsi ilə əlaqədar fövqəladə vəziyyət noyabrın 30-dək davam edəcək.

 

Koronavirus infeksiyasının ilk halı Kolumbiyada martın 6-da qeydə alınıb. Martın 17-də Duke pandemiya səbəbiylə ölkədə 30 günlük fövqəladə vəziyyət elan edib. Hakimiyyət daha sonra infeksiyanın yayılmasının qarşısını almaq üçün beynəlxalq reyslərin qəbulunu dayandırmaq qərarına gəlib və martın 24-dən aprelin 13-dək, daha sonra sentyabrın 1-dək uzadılan ümummilli karantini tətbiq edib.


Son məlumatlara görə, Kolumbiyada koronavirusa yoluxanların sayı 551 696 nəfərə çatıb, 17 612 nəfər dünyasını dəyişib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır