Ağrısız doğum nədir? - Bu hamilələrə OLMAZ
28.07.2021 16:02
Doğum sancısı doğuş prosesi başlanan zaman qasıqda, qarında və bel nahiyyəsində başlayan, uşağın doğumu yaxınlaşdıqca şiddəti və sıxlığı artan ağrılardır. Bəzi qadınlar doğuş sancılarının şiddətindən qorxduğu üçün normal doğum etməkdən imtina edirlər. Bu hallarda epidural doğum və ya ağrısız doğum ağıla gəlməlidir.
Aztibb.az xəbər verir ki, “Leyla Medical Center” klinikasının cərrah-mama-ginekoloqu, uzman həkim Aynurə Həmidova məlumat verib.
Ağrısız doğum necə icra olunur?
Həkim bildirib ki, bunun üçün anestezioloq hamiləyə beldən xüsusi iynə yardımı ilə ağrını minimuma endirəcək dərman verir və həmin sahəyə xüsusi incə kateter yerləşdirir. Həmin kateterdən müəyyən aralıqlarla doğuş prosesi boyunca dərman verilir. Hamilə xanım bu zaman toxunmanı, basqı hissini hiss edir, hətta ayağa qalxıb yeriyə də bilər, sadəcə ağrını hiss etməz. Epidural kateter doğuşdan 1 gün sonra çıxarıla bilər. Kateterin taxılması və çıxarılması tam ağrısızdır.
Epidural anesteziyanın üstün cəhəti odur ki, ağrını minimuma endirdiyi üçün ananın rahat doğum etməsinə şərait yaradır.
Kimlərə olmaz?
Təzyiqi aşağı olan, qan laxtalanması ilə bağlı problemi olan və ya iynə vurulan yerdə dəri infeksiyası olan hamilələrdə əks göstərişdir.
Epidural sonrası anada təzyiqin düşməsi və ya uşağın ürək döyüntüsündə azalma yaşana bilər. Bu da anaya damardan verilən mayelərlə düzələ bilən haldır. Epidural anesteziya olunması üçün uşaqlıq boynu açıqlığı ən az 4 sm olmalıdır.
Bu bölməyə aid digər xəbərlər
ATU-da tələbələrin karyerasına dəstək: “CV Makeover Challenge” müsabiqəsi keçirilib
27.10.2026 | 16:25
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər
18.10.2026 | 14:28
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33

