ATU-da praktika keçən əcnəbi tələbələrlə görüş keçirilib
27.07.2021 11:48
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Almaniya, Rumıniya və İtaliyadan praktikaya gələn tələbələrlə görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, müştərək layihələr və elmi araşdırmalar barədə ətraflı məlumat verib.
 
ATU ilə dünyanın bir sıra aparıcı universitetləri arasında əməkdaşlıq memorandumlarının imzalandığını deyən prorektor bunun sayəsində həmin ali məktəblərlə uğurlu tələbə mübadiləsinin həyata keçirildiyini bildirib. Orxan İsayev qeyd edib ki, universitetin Həkimlər və Təbib Tələbələr Birliyi ilə uzun illərdir əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində əcnəbi tələbələr hər il ATU-nun müxtəlif klinikalarında yay praktikası keçirlər.
 
Daha sonra prorektor O.İsayev tələbələri maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyib.
 
Tədris Cərrahiyyə Klinikanın baş həkimi, professor Ramiz Poluxov əcnəbi tələbələrin praktika keçməsi üçün yaradılan şəraitdən danışıb. Onun sözlərinə görə, tələbələrin hər birinə kurator təyin edilib. Bu müddət ərzində avropalı gənclər ATU həkimlərinin apardığı maraqlı cərrahiyyə əməliyyatlarında iştirak edib, müayinə və müalicə proseslərini yaxından izləyiblər. Professor R.Poluxov birgə əməkdaşlığın gələcəkdə müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
 
Görüş zamanı Avropa ölkələrindən olan tələbələr də onlar üçün yaradılan şəraitə görə ATU rəhbərliyinə təşəkkür ediblər. Qeyd ediblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında praktika müddətində maraqlı təlimlərdə iştirak edib, tanınmış alimlərdən dərs alıb, modern tibbi mulyajlar üzərində işləyiblər. 
 
Qeyd edək ki, görüşdə Tədris Cərrahiyyə Klinikasının tədris işləri üzrə müdir müavini, professor Davud Pənahov, ATU-nun Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayev, Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova və Həkimlər və Təbib Tələbələr Birliyinin Milli Mübadilələr üzrə koordinatoru Aqil Vəlizadə də iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib