Pandemiya ruhi sağlamlıq sahəsində böhranı ağırlaşdırıb - ÜST
27.07.2021 11:00

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölgəsində, COVID-19 pandemiyası ilə əlaqəli olanlar da daxil olmaqla, ruhi sağlamlıq sahəsində böhranla mübarizə üzrə tövsiyələr hazırlanıb. 

 

Aztibb.az xəbər verir ki, əhalinin ruhi sağlamlığı üçün pandemiyanın nəticələri genişmiqyaslı xarakter daşıyır və uzun müddət hiss olunacaq.

 

Bu nəticələr - virusun yayılmasının yaratdığı narahatlıq və həyəcan, ümumi karantin və özünütəcridin psixoloji nəticələri də daxil olmaqla, habelə işsizliyin nəticələri, maddi çətinliklər, sosial uzaqlaşma və əyani formatda yardıma çıxış üçün maneələr - bu və ya digər şəkildə hər kəsə toxunub.

 

İnsanların ruhi sağlamlığına yalnız infeksiyanın özü və ya ona yoluxma qorxusu təsir etməyib. Sosial-iqtisadi bərabərsizliklər və məhdudlaşdırıcı tədbirlərin nəticələri, ümummilli karantinlər və məktəblərin, müəssisələrin və təşkilatların bağlanması ilə əlaqəli stres onların psixoloji vəziyyətinə eyni dərəcədə ciddi mənfi təsir göstərib.

 

Əvvəllər də ruhi sağlamlıq problemlərindən əziyyət çəkən insanlar COVID-19-a nisbi olmayan bir yoluxma riski ilə qarşılaşırdılar, bu zaman ruhi sağlamlıq xidmətlərinin göstərilməsində əhəmiyyətli dərəcədə pozuntular da daxil olmaqla, pandemiya və onunla əlaqəli nəticələr, onlarda olan ruhi xəstəliklərin daha da ağırlaşdırılmasına gətirib çıxarırdı.

 

"Avropa bölgəsinin sakinləri, sözün əsl mənasında, COVID-19 pandemiyası və onun nəticələrilə bağlı psixoloji təzyiqlərə tab gətirə bilmirlər. Pandemiya bütün dünya üçün böyük sarsıntı oldu. Dünya miqyasında o, 4 milyondan çox insanın ölümünə səbəb oldu, insanları gündəlik dolanışıqlarından məhrum etdi, qohumları, həmkarları və qonşuları bir-birindən ayırdı, müəssisələrin iflasına gətirib çıxardı və insanları bir çox imkanlardan məhrum etdi. Pandemiyanın bu cür nəticələri Avropa bölgəsi sakinlərinin ruhi sağlamlığı və rifahına son dərəcə ağır təsir edib”, - deyə ÜST-ün Avropa bürosunun rəhbəri doktor Hans Klyuge bildirib.

 

Lakin onun sözlərinə görə, pandemiya, eyni zamanda, əhali üçün ruhi sağlamlıq yardımı sistemini yenidən gözdən keçirməyə və onda islahat aparmaq imkanı da verdi. “Heç bir ölkə bu fürsəti əldən verə bilməz, əgər biz həqiqətən də əvvəllər mövcud olan sistemləri, sadəcə, bərpa etmək deyil, yaxşılaşdırmaq və möhkəmləndirmək istəyiriksə”, - deyə o, xəbərdarlıq edib.

 

ÜST əmindir ki, ruhi sağlamlıq və rifah hüququna əsas insan hüququ kimi baxılmalıdır, yüksəkkeyfiyyətli dövlət ruhi sağlamlıq xidmətlərindən isə hər kəs faydalanacaq.

 

ÜST-ün Avropa Regional direktorunun təşəbbüsü ilə 2021-ci ilin fevral ayında COVID-19 pandemiyasının əhalinin ruhi sağlamlığına təsirini tədqiq edən Texniki Məsləhət Qrupu (TMQ) yaradıldı.

 

TMQ ekspertləri bir sıra tövsiyələr hazırlayıblar: əhalinin mədəni xüsusiyyətlərinə, məsələn, rəqəmsal və digər vasitələrlə uyğunlaşdırılan psixiatrik yardım xidmətlərinə çıxış imkanlarını yaxşılaşdırmaq; insanlara psixoloji dayanıqlılığının artırılmasında və stres və tənhalıq hissinin öhdəsindən gəlməsinə kömək etmək; işləyə bilməyənlərə məşğulluq axtarışında dəstək və/və ya maliyyə dəstəyi göstərmək; iş yerində psixoloji dəstəyin göstərilməsi üzrə təşəbbüsləri təşviq etmək; yoxsulluq və işsizlik kimi ruhi sağlamlığın sosial determinantlarına qarşı mübarizə aparmaq; fərdi icmalar səviyyəsində ruhi sağlamlıq vəziyyətində dəyişiklikləri izləmək.

 

Bundan əlavə, yeniyetmələr və gənclər, əlilliyi olan insanlar və uzunmüddətli qulluq müəssisələrində olan şəxslər də daxil olmaqla, əhalinin həssas qrupları ilə işin gücləndirilməsi və digər tədbirlər də təklif olunur.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib