Heç bir səhiyyə qurumuna peyvəndin ciddi əks göstərişi ilə bağlı müraciət daxil olmayıb
26.07.2021 20:25

"İlk günlər koronavirus əleyhinə vaksinlərlə bağlı mənfi düşüncələrlə mübarizə aparmaq çox çətin idi. İnformasiyanın bolluğu, xüsusilə doğru olmayan məlumat çoxluğu səbəbindən vətəndaşlar kimə inanacaqlarını bilmirdilər. Zaman keçdikcə vaksinasiyadan keçən şəxslərin öz şəxsi təcrübələrini qohumları, ətrafları ilə paylaşması nəticəsində onlar deyilən miflərin özünü o qədər də doğrultmadığına şahid oldular".

 

Bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.

 

"Ölkəmiz tərəfindən seçilən hər bir vaksində əsas üstünlük təhlükəsizlik və yetəri qədər anticisimlərin yaranmasına doğru fokuslanmışdı. Demək olar ki, vaksinasiyanın əks göstərişləri ilə bağlı mifləri qırmışıq. Yanvar ayından bəri heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb", - deyə o qeyd edib. 

 

Nazirliyin nümayəndəsi bildirib ki, əks göstərişlər hər bir vaksinə xasdır. Bu da bədənin yaranan anticisimlərə verdiyi cavab reaksiyasıdır:

 

“Tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsi daha yaxşıdır. Çünki orada anticisimlər yaranır və immunitet qazanılır. Bu, bədənin virusa qarşı mübarizəsidir. Həkimlər hərarət müəyyən dərəcəyə qədər yüksələn zaman onu düşürməməyi tövsiyə edirlər. Çünki bu, orqanizmin verdiyi təbii cavab reaksiyasıdır”.

 

G.Quluzadə bildirib ki, gündəlik vaksinasiya tablosuna baxanda müraciətlərin kifayət qədər olduğunu və insanların qorxmadan vaksin oluna bildiyini müşahidə etmək mümkündür:

 

“Burada maarifləndirmə işi hər zaman önəmlidir. Çünki tibb işçiləri digər əhali qruplarına nisbətən daha çox məlumatlıdırlar. Məlumatlandırma düzgün və dolğun aparılmalıdır ki, əhali doğru istiqamətə yönləndirilsin”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib