ÜST-nin onlayn kurslarında iştirak etmək və davamlı tibbi təhsil krediti qazanmaq imkanı  
26.07.2021 10:05
Səhiyyədə fövqəladə hallara cavab tədbirlərini dəstəkləmək üçün ÜST-nin təlim platforması “OpenWHO”da COVID-19 və bu xəstəliyə qarşı peyvəndləməyə dair interaktiv kurslar yerləşdirilib. Kursları bitirən tibb işçiləri sözügedən mövzularla bağlı ən son yeniliklər haqqında biliklərə yiyələnəcək, davamlı tibbi təhsil (DTT) kreditləri qazanacaq və ÜST-nin adından elektron sertifikatlar əldə edəcəklər.
Platformadakı kurslar hamı üçün açıq və ödənişsizdir.
 
Kursların ingilis və rus dillərində (bəzi kursların türk dilində) versiyaları mövcuddur. Qarşıdakı dövrdə Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin həyata keçirdiyi “COVID-19-a qarşı peyvəndləməyə dəstək” layihəsi çərçivəsində bu kursların Azərbaycan dilinə tərcüməsi və tibb işçilərinə təqdim olunması planlaşdırılır.
 
COVID-19 və bu xəstəliyə qarşı peyvəndləməyə dair kurslarda iştirak etmək üçün:
 
1. “OpenWHO” platformasında qeydiyyatdan keçin: https://openwho.org/ və elektron poçt ünvanınıza göndərilən məktubda “Confirm email” pəncərəsini klikləməklə emailinizi təsdiqləyin;
2. Səhifəyə daxil olduqdan sonra dil seçimi edib (rus dilini seçə bilərsiniz) profilinizi yaratmaq üçün tələb olunan məlumatları daxil edin.
3. Əsas menyudakı “Kanallar” bölməsində mövzunu seçib kurslar siyahısına daxil olun (COVID-19, COVID-19-a qarşı peyvəndlər və digər mövzular). Dil seçimi etdikdən sonra seçdiyiniz dildə mövcud olan bütün kurslar ekranda görünəcək.
4. Açılan kurslar siyahısında sizə uyğun olanı seçin.
 
Platfomanın mobil tətbiqini yükləmək üçün:
 
 
 
“İnfeksiyanın profilaktikası və nəzarəti (İPN) üzrə liderlik və proqramın idarə edilməsi” kursu (Azərbaycan dilində): https://openwho.org/courses/IPC-leadership-AZ
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub