Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru kompleksi istifadəyə verilib
23.07.2021 15:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların daha effektiv bərpa müalicəsi üçün son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib.

 

Nazirlikdən bildirilib ki, lokomat yeriş funksiyaları pozulmuş şəxslərdə aşağı ətrafların fizioloji hərəkətlərini yerinə yetirən, pasiyentlərin çevikliyini artıran, sinir sistemi travmaları və patologiyası olan pasiyentlərdə hərəki vərdişlərin, yeriş funksiyasının bərpasına imkan yaradan robotlaşdırılmış ortezdir.

 

Sağlamlıq imkanları məhdud uşaqlar lokomat kompleksində xüsusi qurğular vasitəsilə qaçış zolağının üzərinə yerləşdirilir, xüsusi bağlar vasitəsi ilə qaçış zolağının üzərinə fiksə olunan xəstənin ayaqları ortezlərə (robotun ayaqlarına) bərkidilir. Ortezlər və qaçış zolağı hərəkətə gəldiyi zaman uşaqda yerimə hərəkəti yaradılır.



Bu trenajorun əsas üstünlüyü aşağı ətraflardan baş-beyinə qədər impulsların hərəkətə gətirilməsinə, yerişin formalaşmasına, qan dövranının yaxşılaşdırılmasına, orqanizmin ümumi tonusunun artırılmasına dəstək verməsidir. Həmçinin trenajorla yerimə hissinin pasiyentlərdə yüksək motivasiya yaratmasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib