"Patı" qəbul edənlərdə şizofreniya halları müşahidə edilir - Psixoloq
23.07.2021 12:03

Narkotik maddə olan metamfetamin (Patı) qəbul edənlərdə şizofreniya halları müşahidə edilir.

 

Aztibb.az-ın məlumatına görə, bunu psixoloq Orxan Farəcli bildirib.

 

O, pasiyenti olan gənc oğlanda belə problemlərin yarandığından bəhs edərək vurğulayıb:

 

"Pasiyentim düşünür ki, pərdə hansısa şəkildə dayanırsa, bu kənardakılara mesajdır, proseslər Çindən idarə olunur, həyat yoldaşı ona xəyanət edir və s. Bu cür insanların çox ciddi psixoloji dəstəyə, xəstəxanaya yatırılmalarına ehtiyac var. Çünki insan daim həyat yoldaşının ona xəyanət etdiyini düşünür və o qadın daim təhlükədədir".

 

Psixoloq regionlarda "Patı", "Şüşə"nin çox geniş yayılmasına da münasibət bildirib: "Hətta o dərəcədə ki, insanlar kim tərəfindən, harada satıldığını bilirdilər. Ona görə də son vaxtlar hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar çox doğru, lakin gecikmiş əməliyyatlardır. Bunun ictimaiyyətə açıqlanmasını doğru sayıram. Çünki açıqlanmadıqca, vəziyyət nəzarətdən çıxır. Bunun bir növ narkotik vasitələrin təbliğatı olduğu qənaətində deyiləm".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib