Azərbaycanlı alimin çalışdığı İnsult mərkəzi ən yüksək sertifikasiyaya layiq görülüb  
23.07.2021 10:14

Almaniyanın Köln Universiteti Klinikasının İnsult mərkəzi Avropa İnsult Təşkilatı tərəfindən insult xəstələrinin müalicəsində Avropanın ən yüksək sertifikasiyası səviyyəsinə layiq görülüb. Bu günə qədər isə Almaniyada yalnız 12 klinika Avropa İnsult Təşkilatının ciddi keyfiyyət meyarlarına cavab verərək belə yüksək sertifikasiyaya layiq görülüb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

 

O, bildirib ki, Avropada hər il təxminən 1,5 milyon insan insult keçirir, bunların da 270 000-i Almaniyanın payına düşür. Ümumiyyətlə isə dünyada hər il insultdan əziyyət çəkən xəstələrin sayı artır və bu da onlara göstərilən xidmətlərin daha da mükəmməlləşdirilməsini tələb edir. İnsult insan ölümünün ikinci əsas və daimi əlilliyin ən çox rast gəlinən səbəblərindən biridir:

 

"Bu gün elm birmənalı olaraq sübut edir ki, insultun ağır nəticələri xəstənin nə qədər tez və peşəkar şəkildə müalicə olunmasından birbaşa asılıdır. Müalicənin isə xüsusi ixtisaslaşmış mərkəzlərdə aparılması insultdan sonrakı mərhələdə çox böyük əhəmiyyətə malikdir".

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır